Putin azərbaycanlı bloggerin sualına cavab verdi

Putin azərbaycanlı bloggerin sualına cavab verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya hökuməti “Instagram” və “YouTube”u bağlamaq niyyətində deyil. Bu sözləri Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı Azərbaycan əsilli rusiyalı blogger Hüseyn Həsənovun Rusiyada bu serverlərin bağlanacağı ilə bağlı sualına cavab olaraq deyib. 

A24.Az-ın “Sputnik Azərbaycan”a istinadən məlumatına görə, Putin qeyd edib ki, bu serverlərin bağlanacağı ilə bağlı şayiələrin insanları narahat etməsini yaxşı başa düşür. O xatırladıb ki, xüsusi xidmət orqanlarında işləyib və bağlamağı hər şeydən yaxşı bacarır. Sivil həll yolu tapmaq isə çətindir.

Rusiya prezidenti əlavə edib ki, Telegram ətrafındakı vəziyyətdən xəbərdardır. Onun sözlərinə görə, hazırda insanların təhlükəsizliyi onu narahat edir.

“Xüsusi xidmət orqanlarının nümayəndələri Peterburq metrosundakı partlayışdan sonra kodlaşdırılma səbəbindən terrorçuların yazışmalarını izləyə bilmədiklərini deyəndə mən buna necə reaksiya verməliyəm? Axı insanların təhlükəsizliyi hər şeydən üstündür”, – Putin bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar