A24 Xeber

Putin: Bu, Trampın ən böyük səhvidir

Putin: Bu, Trampın ən böyük səhvidir
27
20 İyul 2018 - 12:40

Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin səfirləri ilə görüşdə İran ilə nüvə müqaviləsini əhəmiyyətindən söz açıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Putin ABŞ prezidenti Donald Trampın bu müqavilədən geri çəkilməsini böyük səhvlərindən biri kimi qiymətləndirib.

Putin həmçinin bu müqaviləni qorumağın böyük əhəmiyyət daşıdığını ifadə edib. Rusiyanın Suriyada fəaliyyətini izah edən Putin, Rusiya Suriyada beynəlxalq terroru, İŞİD-i və digər terror təşkilarını məhv etməyi bacardığını və eyni zamanda Suriyada hakimiyyəti də qorunduğunu bildirib.

Putin həmçinin Astana və Suçi proseslərini də uğurlu qiymətləndirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00