Putin Çin lideri ilə birlikdə blinçik bişirdi – VİDEO

Putin Çin lideri ilə birlikdə blinçik bişirdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Putin Çin lideri Şi Cinping ilə birlikdə blinçikli kürü hazırlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, iki ölkə lideri hazırladdıqlarını yeyərkən bir-biriylə zarafatlaşıblar.

Vladimir Putin ilə Çin Xalq Respublikasının lideri Şi Cinping “Şərq İqtisadi Forumu”nda görüşdükdən sonra “Uzaq Şərq Küçələri” adlı sərgisində iştirak ediblər.

Ölkə liderləri sərgini ziyarət edərkən birlikdə kürüdən qəlyanaltı hazırlayıblar. Sərgidə “Rusiya dəniz məhsulları və Rusiya bazarı” stendinin qarşısına gələn liderlər önlük geyinərək blinçik bişirməyə qərar veriblər. Daha sonra prezidentlər bişirdikləri blinçiklərə qırmızı və qara kürü əlavə edərək yeməyə başlayıblar.

Hətta Putin blinçik bişirməkdə çinli həmkarının bacarığını tərifləyib. Çinli lider isə “bəli, yumru hazırladım” deyərək Putinin zarafatına cavab verib. Daha sonra Putin rus adətlərinə uyğun Şi Cinping ilə vodka içib.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar