Putin Dağıstanı dağıdır, növbədə tatarlardır - Rusiyada unitarizm müharibəsi başladı

Putin Dağıstanı dağıdır, növbədə tatarlardır – Rusiyada unitarizm müharibəsi başladı
Want create site? Find Free WordPress Themes and plugins.

2017-ci ilin sentyabr ayından demək olar ki, Dağıstan Respublikası üzərində qara buludlar dolaşmağa başlayıb.

Sentyabr ayının 27-də Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazdığı bildirildi. Səbəb göstərilməsə də, istefa ərizəsindən öncə Kremlə çağırıldığı və bundan sonra vəzifədən gedəcəyini açıqlayıb. Mətbuatda yüksək vəzifəyə gedəcəyi söylənilsə də, Dağıstan prezidentinin yeni posta təyinatı həyata keçirilmədi. Əvəzində isə Rusiya Prezidenti Vladimir Putin Dağıstana yeni rəhbər postuna müvəqqəti təyinat etdi. Vasili Əbdüəliyeviç Vasilyevi müvəqqəti də olsa Dağıstan rəhbəri seçilib.

Dağıstanın yeni rəhbəri kimdir? Mətbuatda yayılan informasiyalara görə, V.Vasilyevin atasının əslən qazax, anasının isə rus olduğu qeyd olunur. O, 1949-cu ilin avqustun 11-də Moskvanın Klin rayonunda anadan olub. Müəllim ailəsində böyüyüb. Atası məktəb müəllimi, anası isə bağça müəllimi olub. 1972-ci ildən SSRİ-nin Daxili İşlər Nazirliyi orqanlarında çalışıb, 1978-ci ildə Ümumittifaq Hüquq Yazışma İnstitutu, 1991-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib.

1991-1992-ci illərdə RSFSR Daxili İşlər Nazirliyinin Təftiş Xidməti İdarəetmə Təşkilatının baş inspektoru, 1992-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyində baş müfəttiş vəzifələrində çalışıb. 1993-1995-ci illərdə Rusiya Daxili İşlər Nazirliyinin qərargah rəisinin müavini – əməliyyat şöbəsinin müdiri, 1995-1997-ci illərdə Moskva Daxili İşlər Nazirliyinin Baş İdarəsinin birinci müavini olub. Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinin 1997-ci ildə imzaladığı fərmanla daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 1999-cu ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini olub. 2003-2007-ci il parlament seçkilərində Tver rayonunda “Vahid Rusiya” partiyasının namizədi olaraq Dövlət Dumasına seçilib və Dumanın sədr müavini olub. 2017-ci il oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Vladimir Vasilyevi Dağıstan Respublikasının başçısı vəzifəsinə təyin edib. Ailəlidir, 1 qızı və 1 nəvəsi var.

Rəsmi məlumatlara görə, onun 2011-ci il üçün gəlirləri 1,9 milyon rubl olub. 2018-ci ildə Dağıstanda baş verənlər – Yoxlamalar zamanı ortaya çıxan korrupsiya faktı Qısa zaman ərzində Dağıstanda vəziyyət yenidən gərginləşib. Belə ki, fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirilib. Aparılan əməliyyat zamanı Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verib.

Daxili İşlər Nazirliyinin mərkəzi aparatından bildiriblər ki, əməliyyat tədbirləri fevralın 4-dən 5-nə keçən gecə başlayıb. Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları baş nazir (hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən) Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər yüksək vəzifəli məmurların evlərində, iş yerlərində axtarış aparılıb.

Dünən adıçəkilən məmurlar korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanılıblar. Dağıstanın Tabasaran, İzberbaş, Botlix, Buynaks rayonlarında, həmçinin Mahaçqalada əməliyyat tədbirləri davam etdirilir. Yuksək vəzifəli məmurların kütləvi həbsinin bitmədiyi və saxlanılanların olacağı deyilir. Nazirlikdən onu da bildiriblər ki, Dağıstandakı vəziyyət Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun birbaşa nəzarətindədir.

Fevralın 6-da Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyiblər. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər. Onu da qeyd edək ki, Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Bu gün yəni fevral ayının 9-da yayılan məlumatlarda bildirilib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu saxlayıblar.

Saxlanılmasına səbəb kimi torpaq sahələrinin satışı ilə bağlı maxinasiyalarda şübhəli bilindiyi əsas gətirilib. Həmçinin mətbuatda o da bildirilib ki, Maqomed Cəlilovdan sonra qardaşı, Dərbənd Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.

Məlumatların yayılmasına baxmayaraq, Dərbənd rayon Administrasiyasının mətbuat xidmətinin yayılan informasiyaları təkzib edib. Görünür, Rusiya Federasiyası ərazisində Respublikaların müstəqil olması və korrupsiya faktlarının aşkarlanması ölkə rəhbərliyini (V.Putin) ciddi narahat edir.

Məhz bu istiqamətdə yoxlamalar təşkil etməklə məhz həmin Respublikaları çökdürməklə, onların ləğvi istiqamətində işləri planlaşdırır. Dağıstana gəldikdə isə, Respublikanın sabiq prezidenti Ramazan Abdulatipovdan sonra birdən birə daha dəyişdiyi və qara buludların hələ də ölkə üzərində dolaşdığı hər kəsə məlumdur…

Orxan Aslanlı

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar