A24 Xeber

Putin Kubanın yeni liderini təbrik etdi: Strateji tərəfdaşlığı inkişaf etdirməyə hazıram

Putin Kubanın yeni liderini təbrik etdi: Strateji tərəfdaşlığı inkişaf etdirməyə hazıram
34
19 Aprel 2018 - 22:58

Rusiya prezidenti Vladimir Putin Raul Kastrodan prezident kreslosunu təhvil alan Migel Diaz-Caneli təbrik edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Diaz-Canele teleqram göndərən Putin Kubanın yeni lider rəhbərliyində Kuba İnqilabı yolunda qoyulan hədəflərə doğru əmin addımlarla irəliləyəcəyini bildirib. Rusiyanın dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Putin, “Rusiya və Kuba arasında strateji tərəfdaşlığı və hər sahədəki konstruktiv əməkdaşlığı möhkəmləndirmək üçün birlikdə işləməyə hazıram”, – deyə bildirib.

Digər tərəfdən Putin Raul Kastro-ya da bir teleqram göndərərək Rusiya-Kuba münasibətlərini inkişaf etdirməyə qarşı uzun illər davam edən səmərəli əməkdaşlıq üçün təşəkkür edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00