A24 Xeber

Putin ordusundan danışdı: Silah arsenalına bu il yeniləri daxil olacaq

Putin ordusundan danışdı: Silah arsenalına bu il yeniləri daxil olacaq
24
17 May 2018 - 22:14

Rusiya prezidenti Vladimir Putin, bu il ərzində 10 ədəd döyüş gəmisi və 160 ədəd hərbi hava texnikasının Rusiya ordusunun xidmətinə təslim ediləcəyini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Soçidəki hərbi iclasda danışan Putin, “Dövlət müdafiə sifarişləri çərçivəsindəki sazişlərin böyük qismi artıq həyata keçirilib.

Bu müqavilələrə uyğun olaraq Rusiya Silahlı Qüvvələri 160-dan artıq hərbi hava qüvvələri texnikası və 10 döyüş gəmisi təhvil almalıdır” – deyə açıqlayıb. Rus lider, ölkənin hava qüvvələrinin yeni Su-34, Su-35S və Su-30SM döyüş təyyarələri ilə müasir Mi-28, Mi-35M və Ka-52 döyüş helikopterlərini alacağını deyib. Raket qüvvələrinə yeni 14 ədəd kosmik sistem təslim ediləcəyini vurğulayan Putin, ordunun müxtəlif birliklərinə həmçinin əlavə 500 ədəd raket, top, tank və zirehli piyada vasitələrinin veriləcəyini də qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00