Putin Rusiyanın gələcəyindən danışdı: Hər şey çox gözəl olacaq

Putin Rusiyanın gələcəyindən danışdı: Hər şey çox gözəl olacaq
Want create site? Find Free WordPress Themes and plugins.
Vladimir Putin Rusiyanın gələcəyinin çalışqan və istedadlı insanlar tərəfindən mühafizə olunduğunu, hər şeyin çox gözəl olacağını deyib.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, 12 iyun “Rusiya Günü”ndə, Rusiya üçün önəmli adamlara mükafat təqdim edib.
Mərasimdə danışan Putin “Bu Gün Rusiya Günüdür. Hər birimiz şübhəsiz, ölkəmizin, vətənimizin gələcəyini düşünürük. Gələcəyin əsasları bu gün atılır. Bu əsas, işgüzar, gözəl və istedadlı insanlar tərəfindən atılır. Mükafat təqdim etdiklərimiz kimi belə memarlar olduğu müddətdə bu gələcəyin mühafizə olunduğunu görürük. Hər şey gözəl olacaq”, – deyə bildirib.
Rusiya Sovet Sosialist Respublikası parlamentinin, 1990-ci ildə Sovet İttifaqından suverenliyini elan etdiyi 12 İyun – Rusiya Günü kimi qeyd olunur. 1991-ci ildə Boris Yeltsin də Rusiya Federasiyasının ilk prezidenti seçilib. Rusiya Günü, 2002-ci ildən bəri ölkədə rəsmi bayram günü kimi qeyd olunur.
Orxan Aslanlı // A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar