A24 Xeber

Putin: Skripalin xəstəxanadan çıxmasına sevindim

Putin: Skripalin xəstəxanadan çıxmasına sevindim
28
18 May 2018 - 21:57

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada zəhərlənən sabiq rus agenti Sergey Skripalin xəstəxanadan çıxmasına sevindiyini söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Soçidə Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı keçirən Putin, Sergey Skripalin xəstəxanadan çıxması ilə bağlı sualları cavablandırıb.

Putin, “Skripalin xəstəxanadan çıxmağını mətbuatdan öyrəndim. Çox məmnun olduq, şəfalar diləyirəm”, deyə bildirib. Rus lider Rusiyanın Skripal hadisəsinin araşdırılmasında Böyük Britaniyaya kömək etməyə hazır olduğunu qeyd edib: “Araşdırmaqla bağlı olaraq, ingilis tərəfdaşlarımıza bir neçə dəfə lazımi yardımı etməyi təklif etdik. Londondan hələ ki, bir cavab gəlməyib, ancaq təklifimiz hələ də qüvvədədir”, – deyə Putin əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00