A24 Xeber

Putin sözünü kəsən jurnalisti danladı – “İcazə verin…”

Putin sözünü kəsən jurnalisti danladı – “İcazə verin…”
47
05 İyun 2018 - 16:37

Rusiya Prezidenti Vladimir Putin müsahibə zamanı Avstriyanın ORF telekanalının əməkdaşını danlayıb.

A24.Az xəbər verir ki, buna səbəb jurnalistin tez-tez Putinin sözünü kəsməsi olub.

Əvvəlcə 2014-cü ildə Ukraynanın şərqində vurulan MH17 təyyarəsi ilə bağlı sual verən jurnalist daha sonra Putinin sözünü kəsib. Putin isə cavabında “əgər səbrli olub, sona qədər dinləsəniz, bu məsələyə münasibətimi öyrənəcəksiniz”, – deyə bildirib.

ORF-nin əməkdaşı daha sonra Krımın ilhaqı ilə bağlı Putinin cavabına müdaxilə edib. “Bir saniyə, icazə verin danışım, yoxsa bu, müsahibə yox, monoloq olacaq”, – deyə Rusiya lideri sərt mövqe göstərib.

Lakin bu da jurnalisti dayandırmayıb. Nəticədə Putin ona almanca “artıq danışmağıma icazə verin”, – cavabını vermək məcburiyyətində qalıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00