A24 Xeber

“Putin tək evinin yox, həm də…”

“Putin tək evinin yox, həm də…”
30
20 May 2018 - 11:10

“Merkellə görüş sübut etdi ki, Putin tək evinin yox, eyni zamanda dünya siyasi arenasının lideridir”.

A24.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə Angela Merkel arasında Soçidə baş tutan görüşdən sonra Almaniyanın “Bild” qəzeti yazıb.

Qəzet Almaniyanın Rusiyanın Suriya və Krım siyasətini qınamasına baxmayaraq, Merkelin ziyarətinin Putin üçün böyük qazanc olduğunu bildirib.

Qeyd edək ki, mayın 18-də Soçidə Putinlə Merkel arasında görüş olub. Görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı, o cümlədən İranla nüvə razılaşmasına sadiqlik barədə razılığa gəlinib.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00