Putin təyyarə qəzası ilə bağlı xüsusi göstəriş verdi

Putin təyyarə qəzası ilə bağlı xüsusi göstəriş verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin hökumətə “An-148” təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V. Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D. Peskov deyib ki, V. Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın “Domodedovo” hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar