Putin təzə maşınını şahzadəyə göstərib lovğalandı – VİDEO

Putin təzə maşınını şahzadəyə göstərib lovğalandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Prezidenti Vladimir Putin Kremldəki görüşdən sonra Əbu-Dabi Vəliəhdi Şahzadə Məhəmməd bin Zayedə özünün yeni yerli istehsal olan zirehli limuzinini – “Kortej”i göstərib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, görüş və birgə sənədlərin imzalanma mərasimindən sonra Putin və Məhəmməd bin Zayed, Böyük Kreml Sarayının həyətinə çıxıb.

Burada rus lider, Vəliəhd şahzadəyə öz limuzini göstərib. Abu Dabi Vəliəhd Şahzadə Məhəmməd bin Zayed əvvəlcə avtomobilə kənardan baxdı, daha sonra avtomobilin arxa oturacağına əyləşib.

Rusiya prezidenti Vladimir Putin mayın 7-də həyata keçirilən andiçmə mərasiminin keçirildiyi Andreyevskiy Zalına limuzini- “Kortej”i ilə gəlmişdi. Kremlin Sözçüsü Dmitri Peskov, Putinin bu avtomobili çox bəyəndiyini və bundan sonra yalnız bu avtomobili istifadə edəcəyini açıqlamışdı.

Orxan Aslanlı // A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar