A24 Xeber

Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29
09 May 2018 - 21:14

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Günü mərasimində iştirak etmək üçün Moskvaya gələn İsrail baş naziri Binyamin Netanyahu ilə Kremldə görüşüb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kremlin rəsmi internet saytında verilən məlumata görə, Putin və Netanyahu, Yaxın Şərqdəki vəziyyəti, və ikitərəfli münasibətləri müzakirə edib.

Yaxın şərqdəki vəziyyətin son dərəcə ciddi olduğunu qeyd edən Putin, ağır problemlərə Netanyahu ilə birgə həll yolları tapmağı ümid etdiyini bildirib. Putin Netanyahuya Moskvadakı Qələbə Günü ilə bağlı keçirilən mərasimə qatıldığı üçün təşəkkür edib. Rus lider, İsraildə faşizm və Nasizmə necə baxıldığını bildiklərini qeyd edib ki, bu mövqe Rusiya və İsraili birləşdirir. Netanyahu da, İkinci Dünya Müharibəsindən çıxarılan dərsləri heç vaxt unutmadığını və Sovetlər Birliyinin qələbəyə aparan əməllərini hər zaman xatırladıqlarını vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00