A24 Xeber

Putin yenə eyni jesti təkrar etdi: Bu dəfə Fransanın ″First Lady″sinə

Putin yenə eyni jesti təkrar etdi: Bu dəfə Fransanın ″First Lady″sinə
57
25 May 2018 - 23:33

Rusiya prezidenti Vladimir Putin Almaniya baş naziri Angel Merkeli bir dəstə güllə qarşılamasının Alman mətbuatında təhqir hesab edilməsinə baxmayaraq, Fransa prezidenti Emmanuel Makronun xanımı Brigitteyə də eyni gül dəstindən hədiyyə edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya rəsmi dövlət səfəri təşkil edən və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən Fransa prezidenti Emmanuel Makronu səmimi sözlərlə qarşılayan Putin, həyat yoldaşı Brigitte Makrona da bir dəstə gül təqdim edib.

Makron cütlüyü bu jestdən son dərəcə məmnun görünüb. Putin eyni jesti mayın 18-də Almaniya baş naziri Angel Merkelə etmişdi. Qadın baş nazir çiçəkləri qəbul edərkən son dərəcə məmnun görünsə də Almaniyanın ən çox satılan qəzeti Bild, Rusiya liderinin bu davranışla kansleri alçaltdığını və Almaniyanı təhqir etdiyini iddia etmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00