A24 Xeber

Putin Zaxarçenkonun qətli ilə bağlı bəyanat verdi

Putin Zaxarçenkonun qətli ilə bağlı bəyanat verdi
76
31 Avqust 2018 - 22:47

Rusiya prezidenti Vladimir Putin qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətli ilə bağlı bəyanat verib.

A24.Az Kremlin saytına istinadən xəbər verir ki, Putin bildirib ki, Zaxarçenkonun qətlinin məqsədi Donbasda vəziyyəti gərginləşdirməkdir.

“Bu, bir daha onu təsdiq edir ki, terror, zorakılıq yolunu seçənlər münaqişənin sülh, siyasi həllini axtarmaq istəmirlər. Onlar vəziyyəti gərginləşdirməyə nail olmaq istəyirlər. Lakin onlarda bu, alınmayacaq”.

Putin Zaxarçenkonun qətlini alçaq addım adlandırıb.

Qeyd edək ki, bu gün Donetskdə partlayış nəticəsində tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko ölüb. Partlayış kafedə baş verib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00