Putindən amerikalı müxbirə sərt cavab: "Ölkələri bölmək sizin siyasətinizdir"

Putindən amerikalı müxbirə sərt cavab: “Ölkələri bölmək sizin siyasətinizdir”
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Amerikanın NBC televiziya kanalına müsahibə verib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Putin müsahibə zamanı Rusiyanın ABŞ-dakı seçkilərə qarışdığı iddiasını rədd edib və Amerikanın demokratiyanı bəhanə edərək başqa ölkələrin daxili işlərinə qarışdığını söyləyib:

“Rusiya kimsənin daxili işlərinə qarışmır. Ancaq ABŞ başqalarının daxili işlərinə qarışdığını rədd belə edir”.

Putin “onlara niyə başqa ölkələrin daxili işlərinə qarışdıqlarını soruşduğum zaman” mənə “biz demokratiyanı yayırıq, ona görə də qarışmağa haqqımız var. Siz demokratiya yaymırsınız, bu səbəbdən qarışa bilmərsiniz. Bu beynəlxalq hüquqda yeri olan mədəni mövqedirmi?” ifadələrini işlədib.

Ötən dəfə Tramp “Rusiya ABŞ-a müdaxilə etsəydi hazırda ölkədə xaos hakim olardı” demişdi. Haqlıdır. Ölkələri bölmək sizin siyasətinizdir, Rusiyanın bundan əldə edəcəyi mənfəəti yoxdur. Başqalarına demokratiya gətirəcəyik deyə xaos yaratmaq Rusiyanın işi deyil. Hörmət etmək lazımdır” sözlərini işlədən Putin ABŞ-ın Rusiyaya qarşı Ukraynaya verdiyi dəstəyi xatırlayaraq “Bəs o zaman ABŞ niyə Ukraynada dövlət çevrilişinə dəstək verdi?” sualını verib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar