Putindən Suriya açıqlaması: Hərbi qoşunlarımız geri çəkilir

Putindən Suriya açıqlaması: Hərbi qoşunlarımız geri çəkilir
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin kursantlar üçün Kremldə keçirilən buraxılış mərasimində etdiyi çıxış edib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Putin çıxışı zamanı Rusiyanın bir qrup hərbi qüvvəsinin Suriyadan çıxdığıını bildirib.

Keçən il Hmeymim hərbi bazasına səfərindən sonra Rusiyanın Suriyadan qoşunlarını çəkməyə başladığını xatırladan Rusiya prezidenti, “Son bir neçə gündür ki, 13 təyyarə, 14 vertolyot və 1140 nəfər hərbçi geri çəkilib. Bu insanların hamısı döyüş təcrübəsinə malik olan insanlardır”, – deyə qeyd edib.

O, məzun olan tələbələrin Suriyadan qayıdan hərbçilərin təcrübəsindən bəhrələnməsinin vacibliyini vurğulayıb.

Mart ayında Federal Məclisdə çıxışı zamanı “Avanqard” qitələrarası hipersonik başlıqlı strateji raketi yaxın zamanda hazırlamağa başlayacaqlarını dilə gətirən Putin, qitələrarası balistik raket “Sarmat”ın istehsalına də gələn il başlayacaqlarını deyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar