Putinin gizli hazırlanan zirehli maşını üzə çıxdı - VİDEO

Putinin gizli hazırlanan zirehli maşını üzə çıxdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanan “Kortej” markası gizli saxlanılan limuzin, Moskvalı bir vətəndaş tərəfindən kamera vasitəsilə çəkilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq Kanal 5-də yayımlanan görüntülərdə, kamuflyajla örtülü “Kortej”ə oxşar bir maşının yük daşıyan maşın tərəfindən daşındığı görünüb.

Kamuflyajlı maşının forması və ölçüləri baxımında Kremlin mühafizə edən Federal Qoruma Mərkəzinə aid olduğunu qeyd edilir. Bu baxımdan da avtomobilin Putin üçün hazırlanan yerli limuzin “Kortej” ola biləcəyi düşünülür. Putinin təşəbbüsü ilə hazırlanan “Kortej” layihəsi üzərində 2012-ci ildən bu yana işlər davam etdirilir. Sovet İttifaqı dağıldıqdan sonra rusiyalı rəsmiləri adətən xarici markalı avtomobillər istifadə edib. Ancaq Rusiya prezidenti Vladimir Putin və digər yüksək səviyyəli Rusiya rəsmiləri yaxın zamanda “Kortej” layihəsi çərçivəsində istehsal olunan yerli müasir maşınlardan istifadə etməyə başlayacaq. Rusiya prezidenti Vladimir Putin, hələlik Mercedes markasının S-600 Guard Pullman zirehli limuzinindən istifadə edir. Daha əvvəl dizaynı gizli saxlanılan “Kortej” adlı yeni limuzinin Moskva bölgəsindəki Dmitrov şəhərində test sınaqlarından keçib. “Youtube”da əks olunan görüntülərdə maşının 6.5 motorlu, səkkiz silindrli mühərrikinin olduğu bildirilmişdi.

“Kortej” layihəsi, Moskvadakı Avtomobil və Mühərrik Araşdırmaları Mərkəz İnstitutu tərəfindən icra edilir.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar