A24 Xeber

Putinin sifarişlə gətizdirilən avtomobili satışa çıxarıldı – FOTO

Putinin sifarişlə gətizdirilən avtomobili satışa çıxarıldı – FOTO
66
18 Aprel 2018 - 15:31

Rusiya prezidenti Vladimir Putinə məxsus avtomobil “Aвто.ру” portalında 8,5 milyon rubla satışa çıxarılıb.

“A24.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, mavi rəngli limuzin “Mercedes-Benz Pullman W220 S600” 2003-cü ilin istehsalıdır. Dəri salona sahib olan avtomobil şəxsi kolleksiyadandır və 88 min kilometr yol qət edib.

“Krelin qarajında saxlanılan avtomobil Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin həmin illərdə xüsusi yerlərə getməsi üçün təyin edilib. Həmin avtomobildə o, rəsmi və qeyri-rəsmi görüşlərə gedib”, – satış elanında qeyd edilib.

Elanda həmçinin o da qeyd olunub ki, avtomobil xüsusi sifariş əsasında gətizdirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00