Putinin yeni limuzini KORTEZ – Özəllikləri mat qoyacaq - FOTO – VİDEO

Putinin yeni limuzini KORTEZ – Özəllikləri mat qoyacaq – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün Rusiya prezidenti Putin 4-cü dəfə prezident seçildikdən sonra and içib. Andiçmə mərasiminə isə yeni limuzini ilə qatılıb.

“A24.az” xəbər verir ki, yeni prezidentlik dövründə yerli istehsal olan xidməti avtomobildən istifadə edəcək Putinin yeni avtomobili tank əleyhinə raketə belə davamlıdır.

Daha 6 il Rusiyaya prezidentlik edəcək Putin bu dövr ərzində yerli istehsal olan yeni limuzinindən istifadə edəcək. Rusiyalı lider üçün xüsusi hazırlanan avtomobil bir çox əhəmiyyətli özəlliklərə malikdir. Belə ki, Putinin özünün də istehsal prosesində yaxından izlədiyi avtomobil tank əleyhinə raketə belə dayanıqlı istehsal edilib.

Putinin limuzinin istehsalı zamanı Almaniya idman avtomobillərinin nəhəngi sayılan “Porsche” ilə birlikdə “Ar-Ge” gerçəkləşdirib. Hazırda avtomobilin V8 mühərrikə sahib 600 at gücündə olduğu bildirilir.

Putinin yeni avtomobili ABŞ liderlərinin “canavar” olaraq tanınan “Cadillac” markalı avtomobilləri ilə yarışacaq. Texnologiya və təhlükəsizlik səviyyələrinə görə hazırlanan avtomobil indidən müqayisə mövzusu olub. Hələlik texnoloji xüsusiyyətləri açıqlanmasa da mütəxəssislər tərəfindən ciddi araşdırma və müqayisələrə mövzu olan avtomobillər yaxın gələcəkdə biri-biriləriylə yarışacaqlar.

“Mercedes-Benz S” ilə “Rolls-Royce Phantom”a bənzəyən limuzinə “Kortez” adı qoyulub. Qarşı tərəfdən “Rolls Royce” bənzədiyi üçün hədəfə alınan “Kortez” İngiltərə istehsalı olan avtomobillərinin bənzəri kimi şərh edilib.

“Kortez”in nüvə silahlarını idarə etmə imkanı var. Putin avtomobili ilə yol gedərkən belə qırmızı düyməyə basa bilər.

Bu limuzindən müxtəlif variantlarda 5 min ədəd hazırlanması və Rusiya hökumətinin istifadəsinə təqdim ediləcəyi açıqlanıb. 95 – 111 min dollar qiyməti olacaq avtomobilin varlı Rusiya vətəndaşlarına satılacağı qeyd edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar