A24 Xeber

Putinlə Ərdoğan ABŞ-İran münasibətlərini müzakirə etdi

Putinlə Ərdoğan ABŞ-İran münasibətlərini müzakirə etdi
19
11 May 2018 - 8:12

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“A24.az”ın məlumatına görə, tərəflər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxması məsələsini müzakirə ediblər.

Bundan əlavə, prezidentlər Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün vacib əhəmiyyəti olduğunu vurğulayıblar və bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.

Putin və Ərdoğan Suriya və əsas ikitərəfli layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00