A24 Xeber

Qaçaqmalçılar Azərbaycana keçməyə cəhd göstəriblər – Dəniz yolu ilə

Qaçaqmalçılar Azərbaycana keçməyə cəhd göstəriblər – Dəniz yolu ilə
575
21 Mart 2017 - 18:52

Rusiyalı sərhədçilər Rsiyadan Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.

A24.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu haqda Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinə xəbər daxil olub.

“Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar”, – mənbə deyib.

Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min “NZ gold compact” markalı siqaret bloku aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00