A24 Xeber

“Qaçqınkom”un daha bir şöbə müdiri işdən çıxarıldı

“Qaçqınkom”un daha bir şöbə müdiri işdən çıxarıldı
80
18 May 2018 - 16:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) daha bir şöbə müdiri işdən çıxarılıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, “Qaçqınkom”da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00