A24 Xeber

Qadın boksçumuz Avropa çempionatında

Qadın boksçumuz Avropa çempionatında
30
06 İyun 2018 - 13:27

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. İyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.

“A24.az” xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00