A24 Xeber

Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEO

Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEO
637
29 Mart 2017 - 23:41

Nikah şəhadətnaməsi həm də etibarnamədir.

Etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar.

Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.

Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunda belə bir qayda var. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

Bəs qadın həmin avtomobillə qaydaları pozarsa necə,protokol belə olduqda kimə yazılır?

Fərq etməz qaydanı kim pozub, istənilən halda ödəniləcək cərimə ailə büdcəsindən çıxacaq.

A24.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00