Qadın idmançımızın qanında dopinq tapıldı: Sanksiya tətbiq edilib- FOTO

Qadın idmançımızın qanında dopinq tapıldı: Sanksiya tətbiq edilib- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

 A24.Az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, həndbolçu Səbinə Nuriyevadır. Azərbaycan millisinin və “Azəryol” klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 4 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.//“Report”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar