Qadın millət vəkilləri: "Çoxarvadlılıq leqallaşdırılsın!" - VİDEO

Qadın millət vəkilləri: “Çoxarvadlılıq leqallaşdırılsın!” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İraqlı millət vəkilləri Cemile Ubeydi və Lema Halfi müharibələrdə ərini itirən 2 milyondan artıq qadın üçün “çoxarvadlılıq” qaydasının leqallaşdırılması tələb edib.

A24.Az xəbər verir ki, İraq parlamentində 8 Martla bağlı təşkil olunan tədbirdə Qadın, Ailə və Uşaq Komissiyasının üzvi  Lema Halfi “hazırda İraqda dul qadınların sayı 2 milyonu keçib və minlərlə qadın da İŞİD üzündən köçkün həyatı yaşayır” deyə çıxış edib. Halfi bildirib ki, İŞİD 940 min qadını qaçırıb. Qadınların yaşadığı çətinlikləri azaltmaq üçün də evlənmələri labüddür.

Digər parlament üzvi Cemile Ubeydi isə “evlilik yaşamayan və yaşı keçmiş qızların, ərlərindən boşanan və fərqli səbəblərdən həyat yoldaşını itirən qadınların sayı 4 milyondan çoxdur. Buna görə də evli qadınlar digər qadınlara dəstək olmalıdırlar və ərlərini məcbur etməlidirlər ki, daha bir xanımla evlənsin” deyə çıxış edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar