Qadın səfirin acınacaqlı ölümü - klinikalar qəsdən qəbul etmədi

Qadın səfirin acınacaqlı ölümü – klinikalar qəsdən qəbul etmədi
Want create site? Find Free WordPress Themes and plugins.

Salvadorun Boliviyadakı səfiri Maddeline Vanessa Brisuela Arevalo bir neçə klinikanın onu qəbul etməkdən imtina etməsindən sonra ölüb.

“A24.az” “Pagine Siete” qəzetinə istinadən xəbər verir ki, səfir tibbi yardım üçün 7 klinikaya müraciət etsə də, onlar yerlərinin olmadığını səbəb gətirərək onu qəbul etmək istəməyib.

Sonda səfiri Frans Tamayo Universiteti nəzdindəki klinikaya qəbul ediblər. Klinikadan verilən məlumata görə, səfir tibb müəssisəsinə qəbul edilərkən artıq vəziyyəti ağır olub və nəticədə o, dünyasını dəyişib.

Boliviya Xarici İşlər Nazirliyi M.Arelevonu ölümündən sonra Xilasedici Simon Bolivar ordeni ilə təltif edib. Mərasimdə Boliviya prezidenti Evo Morales iştirak edib və o, səfirin vəfatı ilə əlaqədar başsağlığı verib.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar