Qadın sərnişin avtobusda sürücünü yumruqladı - VİDEO

Qadın sərnişin avtobusda sürücünü yumruqladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun “20 Yanvar” stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib.

Təhqir və hücumlara reaksiya verməyən sürücü vətəndaşı qanunlara riayət etməyə dəvət edir. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu ” şirkətindən bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar