Qadın terror hücumuna görə müsəlmanlardan üzr istədi - VİDEO

Qadın terror hücumuna görə müsəlmanlardan üzr istədi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Londonda terror hücumuna məruz qalan məscidin imamını ziyarət edən ingilis qadın göz yaşları ilə ondan üzr istəyib.

“A24.az” bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadın terror hücumunda müsəlmanları günahlandıranları qınayıb:

“Bunu edənlər xristian və ya ingilis ola bilməz. Özlərinə müsəlman deyirlər, amma deyillər. Xristian deyirlər, amma heç bir dinin nümayəndəsi deyillər. Dostum, həqiqən səndən çox-çox üzr istəyirəm. Mən sadəcə sizi görmək və üzr istəmək üçün gəldim”.

Məscidin imamı isə “Siz üzr istəməyin, çünki onlar sizi təmsil etmir. Onlar hədsiz radikal qruplardır. İŞİD-də müsəlmanıq deyir, amma deyillər. Bu insanlar müsəlmanların və ingilislərin adını ləkələyə bilməz”.

“A24.az” sosial şəbəkələrdə yayımlanan videogörüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar