Qadın yazar: Təcavüz cinayət deyil, pis cinsi əlaqədir

Qadın yazar: Təcavüz cinayət deyil, pis cinsi əlaqədir
Want create site? Find Free WordPress Themes and plugins.

Feminist olaraq tanınan yazıçı Germaine Greer təcavüzün böyük cinayət olmadığını və ona kəsilən cəzanın azaldılmasını deyib.

“A24.az” bildirir ki, bu barədə yazıçı “Guardian” qəzetinə verdiyi açıqlamaları Hay Ədəbiyyat Festivalında da danışıb.

Yazıçının dediklərinə görə, cəmiyyət təcavüzə ciddi şəkildə cinayət kimi baxmaq yerinə “laqeyd və diqqətsiz” bir hərəkət olaraq görməyə başlamalıdır.

Yazıçı təcavüz edən şəxs üçün veriləcək cəzanın 200 saat islah işləri və ya təcavüzkarın qoluna “T” hərfinin döyməsini vurdurmaq olduğunu məsləhət bilib.

İngiltərədə yaşayan 79 yaşlı Greerin təcavüzü “pis cinsi əlaqə” olaraq adlandırması sosial mediada da sərtliklə qarşılanıb. Festivalda çıxış edən yazar təcavüzlə bağlı bu fikirləri səsləndirib: “Tarixə nəzər salanda bu mövzudan uzaqlaşa bilmirik. Təcavüzlərin çoxu əslində ziyan vermir. Təcavüzü böyük bir cinayət kimi düşünmək yerinə, rizasız əlaqə olaraq düşünək. Bu, içərisində hiss olmayan pis cinsi əlaqədən fərqli bir şey deyil”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar