A24 Xeber

DƏHŞƏTLİ CİNAYƏT! Qadını Mingəçevirdə maşına oturdub əvvəl Yevlaxa, sonra Qaxa apardı və …

DƏHŞƏTLİ CİNAYƏT! Qadını Mingəçevirdə maşına oturdub əvvəl Yevlaxa, sonra Qaxa apardı və …
586
15 Mart 2017 - 12:43

Martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb.

“A24.az” xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax Rayon Polis Şöbəsi (RPŞ), Mingəçevir Şəhər Polis Şöbəsi və Yevlax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G.İbrahimovanı “VAZ-2107” markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib.

Görülən tədbirlərlə M.Məmmədov Yevlax rayonu ərazisində tutulub.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00