Qadının zorlandığı məktəbin direktoru: "Şok keçirəcəkdim, həmin müəllim ailəlidir və..." - Təfərrüatlar

Qadının zorlandığı məktəbin direktoru: “Şok keçirəcəkdim, həmin müəllim ailəlidir və…” – Təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb.

“A24.az” bildirir ki, “Yenicag.az”a açıqlama verən direktor Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib:

“Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum. Az qala şok keçirəcəkdim. Həmin müəllim Babayev Namiq ibtidai siniflərə dərs deyir, 34 yaşı var. Ailəlidir. Qadın Bəyim Niftiyeva məktəbimizdə gündüz qaravulçu işləyir. Bir oğlu, bir qızı var, 30 yaşındadır. Əri Rusiyadan bir həftədir ki, qayıdıb. O hadisə məktəbin içində baş verməyib. Hadisə harda baş verib, bunu araşdırandan sonra bilinəcək. Əgər hadisə məktəbdə baş veribsə, mən buna məsuliyyət daşıyıram. Namiq də bu hadisəni məktəbdə törədibsə, buna görə ölçü götürüləcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar