Qadınlara qarşı ədəbsizlik edənlər cərimələnəcək

Qadınlara qarşı ədəbsizlik edənlər cərimələnəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib.

“A24.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Europe1” radiostansiyasının efirində ölkənin qadınlar və kişilər arasında bərabərlik məsələləri üzrə dövlət katibi Marlen Şyappa bildirib.

Onun sözlərinə görə, yeni qanuna müvafiq olaraq, küçədə qadınları təngə gətirməyə görə, 90 avrodan 750 avroya qədər cərimə təyin olunacaq. “Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək”, – deyə Şyappa bildirib.

Dövlət katibi qeyd edib ki, yeni tədbirlər ötən həftə Parisdə baş vermiş insidentə cavab olaraq həyata keçirilir. Belə ki, paytaxtda gənc qız onun arxasınca fit çalan şəxsdən susmasını istəyib. O isə qızı vurub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar