A24 Xeber

Qadınlar həyatları boyunca orta hesabla 130 dəfə… – Zərif cins yenə təəccübləndirir

Qadınlar həyatları boyunca orta hesabla 130 dəfə… – Zərif cins yenə təəccübləndirir
306
23 İyun 2017 - 11:33

İngiltərənin yemək firmalarından biri qadınların pəhriz saxlamaq təşəbbüsü ilə bağlı maraqlı bir araşdırma aparıb.

A24.Az xəbər verir ki, “Fourth” firmasının 1500 qadının qidalanma vərdişlərini araşdırması nəticəsində məlum olub ki, qadınların ən məşhur pəhriz növü yağsız qidalanmadır.

Onların 21 faizi pəhriz saxlayarakən yağlı yeməklərdən kənar qaçır, 15 faizi ət məhsullarından imtina edir, 13 faizi isə karbohidratsız qidalara üstünlük verir.

Doktor Catherine Marshall bildirir ki, qadınlar orta hesabla ildə iki dəfə ciddi pəhrizə başlayır. Onun sözlərinə görə, qadınlardan pəhriz saxlayarkən ən çox nə üçün darıxdıqlarını soruşduqda “şokolad” cavabını veriblər.

Həmçinin, araşdırma nəticəsində ortaya çıxıb ki, qadınların həyatları boyunca orta hesabla 130 dəfə pəhriz saxlamağa cəhd edirlər.

Xəyalə Bünyatova // A24.Az

 

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00