A24 Xeber

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu
50
19 May 2018 - 22:32

“Qalatasaray” klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda “Göztəpə” üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.

A24.Az xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.

“Qalatasaray” 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində “Fənərbağça” və “İstanbul Başakşehir”i 3 xal qabaqlayıb.

Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.

“Fənərbaxça”nın 19, “Beşiktaş”ın isə 15 titulu var.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00