A24 Xeber

Qan qrupunun təyini üçün xüsusi kağız hazırlandı

Qan qrupunun təyini üçün xüsusi kağız hazırlandı
495
24 Mart 2017 - 18:36

Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb.

“A24.Az”n məlumatına görə, bu barədə rosbalt.ru saytı xəbər yayıb. Məlumata görə, yeni metod ekstremal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir.

Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyən edə bilirlər.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00