Qanazlığı zamanı nə yemək lazımdır?

Qanazlığı zamanı nə yemək lazımdır?
Want create site? Find Free WordPress Themes and plugins.

Qanazlığı (anemiya) çox yayılmış pozulmadır.

Əksər hallarda qanazlığının səbəbi orqanizmdə dəmirin çatışmamazlığıdır.

“A24.az” Saglamolun.az-a istinadən bildirir ki, anemiyanın müalicəsində həb və ya inyeksiya şəklində olan dəmir preparatları və müalicəvi qidalanma istifadə olunur. Anemiya zamanı düzgün qidalanma çox vacibdir.

Həkimlər anemiyadan əziyyət çəkən insanlara hər gün ət və qaraciyər yeməyi tövsiyə edirlər. Ət məhsulları dəmirin əsas mənbələridir. Bundan əlavə ətdə olan dəmir orqanizm tərəfindən daha asan və tez mənimsənilir.

Həmçinin anemiyadan əziyyət çəkən insanların qidalanmasında bu kimi məhsullar olmalıdır:

– göbələk

– qarabaşaq, yulaf yarması (“gerkules”)

– albalı, nar, alma, qara qarağat, itburnu

– ispanaq, turşəng, cəfəri

– bal

– yumurta

– qoz, badam

– xurma

– kakao

– mərci, lobya

Çay, qəhvə, cola kimi içkilər dəmirin qidalardan mənimsənilməsinə mane olur ki, bu səbəbdən müalicə zamanı bu içkilərin qəbulunu minimuma çatdırmaq lazımdır.

Həmçinin kalsiumla zəngin olan qidaların (əsasən süd məhsulları) dəmirlə zəngin olan qidalarla birlikdə qəbulu dəmirin mənimsənilməsini çətinləşdirir. Bu səbəbdən ət xörəkləri ilə qatıq, pendir, xama və s. bu kimi məhsulların birlikdə qəbulu tövsiyə edilmir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar