Qandonduran cinayət: Ana iki azyaşlı övladını bıçaqlayıb, evin damından...

Qandonduran cinayət: Ana iki azyaşlı övladını bıçaqlayıb, evin damından…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Gaziantep bölgəsində qaynanası ilə dalaşan gəlin iki uşağını bıçaqlayıb.

A24.Az xəbər verir ki,uşaqlarına dəfələrlə bıçaq zərbəsi endirən ana, yaşadığı evin ikinci qatından özünü atıb.

İddiaya görə, 2 mərtəbəli evdə 2 uşağı, yoldaşı və qaynanası ilə birgə yaşayan 23 yaşlı Özləm K. istintaqa məlum olmayan səbəbdən alt qatda yaşayan qaynanası Əminə K. ilə mübahisə etməyə başlayıb. Mübahisədən sonra qadın anidən uşaqlarının olduğu ikinci mərtəbəyə çıxıb. Mətbəxdən götürdüyü bıçaqla 3 yaşlı qızı Ayşə və 5 yaşlı oğlu Mustafanı dəfələrlə bıçaqlayaraq öldürüb. Daha sonra qadın özünü balkondan aşağı atıb. Ağır yaralanan Özləm K. Gaziantep Dövlət Xəstəxanasına çatıdırlıb. Ananın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nərmin Kərim, A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar