Qandonduran cinayət: İnstagram fenomeni uşaqlarını boğaraq öldürdü - FOTOLAR 

Qandonduran cinayət: İnstagram fenomeni uşaqlarını boğaraq öldürdü – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.
Rusiyanın tanınmış İnstagram fenomeni Elena Karimova iki uşağını boğaraq öldürüb.
A24.Az xəbər verir ki, 27 yaşlı qadın uşaqlarını boğduqdan sonra yandırıb.
Belə ki, Elena Karimova uşaqlarını boğduqdan sonra  qonşularının onların yoxluğundan şübhələnməməsi üçün bir gün gözləyib. Ertəsi gün uşaqlarının cəsədlərini maşına qoyaraq, yanacaqdoldurma məntəqəsindən benzin alıb. Nijni Novqorod şəhərinin yaxınlarında bir meşəyə gedən qadın burada daxmalarıb birində uşaqlarının ölü bədənlərini yandıraraq, qaçıb.
Daxmanın alovlandığını görənlər yanğınsöndürənə xəbər verib. Araşdırmalar aparılarkən kül olmuş  cəsədlərin iki azyaşlı uşağa aid olduğu məlum olub.
Ətrafdakıların ifadəsi və çevrədəki təhlükəsizlik kameralarının sayəsində qatilin uşaqların anası olduğu məlum olub. Qadın ifadəsində “Yoldaşımdan ayrılmışam. Uşaqlara baxmaq getdikcə çətinləşirdi. Onlar üçün təəssüf edirəm.
Yaxınları Elenanın maddi problemlərə rəğmən hər ay avtomobil kirayəsinə 470 min funt sterlinq xərclədiyini, əcnəbi  ölkələrə tətilə getdiyini bildirib.
İnstagram fenomeninin anası isə olanlara inanmadığını bildirib:
“O dünyanın ən sevgi dolu anası idi. Necə öz uşaqlarını öldürə bilər? Nələr baş verdiyini bilmirik”.
Nərmin Kərim, A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar