Qandonduran DƏHŞƏT: Ölmüş anasını pensiyası üçün 3 il soyuducuda saxladı

Qandonduran DƏHŞƏT: Ölmüş anasını pensiyası üçün 3 il soyuducuda saxladı
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanda insanları dəhşətə gətirəcək daha bir hadisə baş verib. Bu ölkənin vətəndaşlarından biri anasının ölmüş bədənindən ayrılmaq istəməyib: onu yandırmaq və dəfn etmək üsullarından imtina edərək saxlamaq qərarına gəlib.

A24.Az xəbər verir ki,Hindistanın Kəlküttə şəhərində yaşayan Subhabrata Majumdar 2015-ci ildə ölən anasını kimyəvi maddələrlə mumiyalayaraq evinin zirzəmisində böyük bir soyuducuda saxlayıb. Ən dəhşətlisi də odur ki, bu manyaklamış insan anasını bədənini hissələrə ayıraraq saxlayırmış.

Yerli polis orqanlarına anonim zəngdən sonra evdə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətə gəliblər: “Qadının cəsədini böyük soyuducudan tapdıq, bədənin hissələri bəzi kimyəvi maddələrlə qorunurmuş”. Soyuducuda bədənin müxtəlif parçalarının yerləşdirildiyi qabların da olduğunu qeyd edən polis dəri emalı sahəsində işləyən şübhəlinin meyiti mumiyalamaq üçün lazım olan kimyəvi maddələri də məhz oradan əldə edib.

Polisin verdiyi ilkin məlumatlara görə, guya S. Majumdar meyidin mühafizə ediləcəyi təqdirdə anasının yenidən doğulacağına inanırmış: “Onun evindən cansız bədənin mühafizə edilməsinə dair jurnallar və yenidən yaradılış haqqqında yazılmış kitablar tapdıq”.

Lakin polisin qısa araşdırmasından məlum olub ki, 3 il müddətində şübhəli şəxsin ölünü gizlətməsinin əsl səbəbi təqaüdçü anasının pensiyasını almaq olub: “Majumdarın həm anası, həm də atası təqaüdçüdürlər və aylıq pensiya alırlar. Təbii ki, bu pensiya, həmin şəxs vəfat etdikdə dayandırılır. Ölümündən bu günə qədər qadının hesabından müntəzəm olaraq pul götürülməsini təsbit etdik. Şübhəli hesabdan pul çəkmək üçün onun kartından istifadə edib”.

Qeyd edək ki, şübhəli şəxsin atası da istintaqa cəlb olunub.//Bizimyol.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar