Qanundan qaçan avtomobil xidmətdə olan polisi vurdu - Reanimasiyadadır

Qanundan qaçan avtomobil xidmətdə olan polisi vurdu – Reanimasiyadadır
Want create site? Find Free WordPress Themes and plugins.

8 mart 2018-ci il tarixdə Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.

A24.az bildirir ki, hadisə Hacı Zeynalabdın Tağıyev Qəsəbəsinin ərazisində baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə xidməti fəaliyyətini yerinə yetirərkən,  “Tofaş” markalı  avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun hələ də xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilir.
Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar