“Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı – FOTOLAR

“Qanuni oğru”nun lüks həyat yaşayan cazibədar qızı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritet Tariel Oniani azadlığa buraxılacaq.

“A24.az”  “yenicag.az”a istinadən xəbər verir ki, vaxtilə bu bölgədə tanınmış “qanuni oğru”lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağı istisna olunmur.

Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından – Qvantsa Onianidən bəhs edəcəyik. “Taro” ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir

Maraq üçün onu da qeyd edək ki, atası vaxtilə İspaniyada həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsa da, aradan çıxmağı bacarıb. 2005-ci ildə baş verən həmin hadisələr zamanı 12 yaşı olan Qvantsa ispanlar tərəfindən saxlanılıb. Gürcüstan hökuməti gənc qızın azadlığa çıxması üçün çox çalışsa da, ispanlar “Taro” təslim olmayana qədər qızını buraxmayacağını bildiriblər. Lakin atası təslim olmaq fikrində olmadığından, 4 günlük həbsdən sonra İspaniya Qvantsanı azadlığa buraxmaq məcburiyyətində qalıb. Məhz həmin olaydan sonra Onioni ailəsi İspaniyanı tərk etmiş, Gürcüstan vətəndaşlığından da imtina edərək, Rusiyaya üz tutmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar