Qapıçı özünü yerə yıxdı - futbolçu yoldaşları orucunu açdı - Tunis taktikası - VİDEO

Qapıçı özünü yerə yıxdı – futbolçu yoldaşları orucunu açdı – Tunis taktikası – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Tunisli futbolçula Portuqaliya və Türkiyə ilə oynadıqları matç zamanı oruclarını açmaq üçün qəribə üsula əl atıblar.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, tunisli qapıçı Mouez Hassen iftar vaxtında hiylə edərək özünü zədə alan kimi göstərib. Həmin vaxt ərzində isə futbolçu yoldaşları oruclarını açıblar.

Portuqaliya matçının 58-ci dəqiqəsində uzaqdan gələn topu nəzarətdə saxlayan Hassen özünü bir anda yerə yıxıb.  Hassenə göstərilən ilkin tibbi yardım zamanı  oyun dayandırılıb və tunisli futbolçu yoldaşları su içərək ağızlarına bir şeylər atıb və oruclarını açıblar.

Qeyd edək ki, orucu açmazdan əvvəl 2-1 geridə qalan tunisli futbolçular, iftardan sonra daha 1 qol vuraraq 2-2 hesabı bərabərləşdiriblər.

Türkiyə matçında da eyni tunisli oyunçular taktikadan istifadə ediblər. Belə ki, oyunun 49-cu dəqiqəsində qapıçı Mouez Hassen yenə özünü yerə yıxıb. Həmin vaxt tunisli futbolçular meydançanın kənarına gələrək tez oruclarını açıb. Orucu açmazdan əvvəl 0-0 davam edən matç 2-2 hesabıyla başa çatıb.

Tunis Dünya Kubokunda ilk oyununu 18 iyun tarixində İngiltərə ilə oynayacaq.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman, Din, Maraqlı, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar