A24 Xeber

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazandı – VİDEO

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazandı – VİDEO
32
14 Aprel 2018 - 20:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. 

A24.Az “Report”a istinadən xəbər verir ki, açılış oyunu Gəncədə autsayder “Kəpəz”lə lider “Qarabağ” arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.

Bu qələbə sayəsində xallarını 56-ya çatdıran “Qarabağ” ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. “Kəpəz” isə 12 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura aprelin 15-də “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Keşlə” və “Zirə” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00