A24 Xeber

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində
40
02 Avqust 2018 - 8:49

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Albaniyanın “Kukesi” komandası ilə qarşılaşıb.

“A24.az” xəbər verir ki, Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olan Ağdam klubu bu dəfə rəqibini 3 cavabsız qolla məğlub edib.

Bununla da Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00