Qarabağ, əsirlər və girovlar - "Közərən xaç" filmi təqdim olundu

Qarabağ, əsirlər və girovlar – “Közərən xaç” filmi təqdim olundu
Want create site? Find Free WordPress Themes and plugins.
Bu gün Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, 31 Mart – azərbaycanlıların soyqırımı böyük Ermənistan yaratmaq xülyasına düşən erməni vandalları tərəfindən törədilib, on minlərlə azərbaycanlı yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilib.
MŞ sədri bildirib ki, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində ermənilər Azərbaycan ərazilərinə köçürülməyə başlayıb. O qeyd edib ki, tədricən köçürülən ermənilər böyük Ermənistan yaratmaq xülyasına düşüblər: “Bu səbəbdən də ermənilər Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər. 1905-1907-ci illərdə çoxsaylı Azərbaycan qəsəbələri, kəndləri talan olunub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1918-ci ildə bu cür soyqırımlar daha da intensivləşib. Bakıda, Abşeronda və digər ərazilərdə on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib”.
Ə.Amaşov bildirib ki, bu soyqırımlar XX əsrin sonunda da davam edib: “Xocalı soyqırımı azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirilməsinin əyani sübutudur. Bu günki film məhz bu hadisələrlə bağlıdır”.
Filmin məsləhətçisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə Mübariz Əsgərovdur.
Filimdə danışan Ə.Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci illərdə, 1915-1918-ci illərdə, 1948-1953-cü illərdə, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, anti-insani, vəhşi qətllər törədiblər.
Ə.Həsənov qeyd edib ki, məqam düşən kimi ermənilər öz vəhşiliklərindən istifadə ediblər: “İnsanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf edirəm ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan xalqının tolerant ruhunun, xarakterinin göstəricilərindən biri də ondan ibarətdir ki, baxmayaraq ki, 200 ildən artıq bir müddətdə ermənilər Azərbaycan xalqının başına olmazın müsibətlər gətirib, vəhşiliklər törədib, amma biz həmişə ermənilərə hörmətlə yanaşmışıq: “Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni bizim ailələrimizdə yaşayır, kimlərinsə anasıdır, kimlərinsə xanımıdır, kimlərinsə nənəsidir, kimlərinsə əmisi, dayısıdır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar