A24 Xeber

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkanı almaq istəyir

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkanı almaq istəyir
577
30 Mart 2017 - 15:45

“Fənərbağça”dan müqavilənin yenilənəcəyi ilə bağlı təklif gözləyən Volkan Demirelə Azərbaycanın Premyer Liqasından “Qarabağ-Ağdam” klubu namizəd olub.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Fənərbağça”nın təcrübəli oyunçusu Volkan Demirel futbol karyerasını davam etdirmək istəsə də, sarı-göy rəngli klubdan yeni müqavilə təklifi gəlməyincə sıxıntıya düşüb. Bu arada Azərbaycan Premyer Liqasının “Qarabağ-Ağdam” klubu ilin sürprizinə imza ataraq 35 yaşlı qapıçının menecerinə 2 illik sözləşmə təklif edib.

Təklifi Volkan Demirlə təqdim edərkən, təcrübəli qapıçı Azərbaycan klubuna təşəkkür edərək son ana kimi “Fənərbağça”dan təklif gözləyəcəyini bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00