A24 Xeber

“Qarabağ” “Keşlə” ilə oyunda xal itirdi

“Qarabağ” “Keşlə” ilə oyunda xal itirdi
25
02 Aprel 2018 - 1:14

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, həftənin ikinci matçı lider “Qarabağ”la “Keşlə” arasında olub.

Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. “Keşlə” isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında “Kəpəz”lə “Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00