A24 Xeber

“Qarabağ” klubu Türkiyədə mükafatlandırıldı

“Qarabağ” klubu Türkiyədə mükafatlandırıldı
23
04 Aprel 2018 - 23:29

Bu gün Türkiyədə ənənəvi “Milliyyət idman mükafatları” sahibini tapıb.

“Milliyyət” qəzetinin binasında keçirilən qala-gecədə onlayn səsvermədən sonra ən yaxşıların adları açıqlanıb.

8 mükafatdan biri uğrunda Azərbaycan çempionu “Qarabağ” komandası da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia edib. Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.

 Amma ağdamlılar Türkiyədən əliboş dönmür. Belə ki, Azərbaycan çempionuna jürinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ” prezidenti Tahir Gözələ hədiyyəni futbol üzrə Türkiyə millisinin baş məşqçisi, məşhur rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib.  Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb.

Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00